"Dövlət imtahanın aradan qaldırılması əslində yeni söhbət deyil. Bu mövzu bir neçə il öncədən müzakirə olunurdu".
Bu sözləri Faktmedia.az-a danışan təhsil eksperti Elçin Süleymanov deyib.
O bildirib ki, xüsusilə pandemiya dövründə Dövlət Attestasiya imtahanını bitirmə işi qiymətini tələbələrin akademik ortalaması yazılara əsasən müəyən ediləcək:
"Onu da qeyd edək ki, əksər inkişaf etmiş ölkələrdə Dövlət Atesstasiya imtahanları yoxdur. Bəzi texniki ixtisaslarda bitirmək proekti deyən bir iş verilir, o da müəyyən fənlərdən qazanılan bacarıqların tətbiqi ilə əlaqəlidir. Bizdə hal hazırda Dövlət Attestasiya imtahanı və bitirmə işi alternativ olaraq tələbələrə çatdırılır. Dediyim kimi, bu keçmiş dərslərin bir daha imtahan edilməsidir. Düşünürəm ki, bu tələbələrin ixtisasları üçün çox da vacib olan bir proses deyil. Hal hazırda mövcud tədris planlarında xüsusilə humanitar, pedaqoji, sosial yönümlü ixtisasları tələbələr 2-ci kursdan artıq yeni tədris proqramına əsasən oxuyurlar. Burada son kursda daha çox ixtisasla əlaqəli fənlər var. Tələbələr dövlət imtahanlarından azad olunur. Bu da müəyyən söz-söhbətlərə, subyektiv fikirlərə son qoymuş olacaq".
Havar Şəfiyeva