Almaniyanın Xemnits şəhərində yaşayan 70 yaşlı kişinin ölümünü 1,5 ildir heç kimin görməməsi ölkə mediasının gündəminə çevrilib.
Faktmedia.az xəbər verir ki, şəhərdə mənzildə yaşayan 70 yaşlı Latislav B.-nin evindən qəribə qoxular gəlməyə başlayan qonşuları şübhələnib və aidiyyəti qurumlara məlumat veriblər. Evə gələn polislər qapını döysə də, içəridən cavab gəlməyincə o, qapını sındıraraq içəri daxil olub. Qonaq otağına daxil olan polislər qarşısında şok mənzərə yaranıb. Səlahiyyətlilər adamın cansız bədəninin divanda çürüdüyünü görüblər.
Araşdırmalar nəticəsində məlum olub ki, Latislav B. təxminən 1,5 il əvvəl divanda ölüb. Heç bir dostu və qonşusu olmayan Latislav B.-nin divanında paltar və aksesuarları olan televizor pultu tapılıb.
Xəyalə Xəlilova