"Bu gün Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi səbəbindən regionda müxtəlif mərkəzlər arasında nüfuz savaşı gedir. Rusiya, Avropa İttifaqı və ABŞ sülh təşəbbüsünü öz əllərinə almağa çalışırlar".
Bunu Faktmedia.az-a millət vəkili Musa Qasımlı deyib.
Deputat bildirib ki, biri digərlərinə mane olur:
"Ermənistanın bir neçə stulda oturması onun topa çevrilməsinə gətirib çıxarıb. Regionda maraqlı olan güclər həmin topu oyun meydançasında istədikləri küncə ata bilirlər. Hesab edirəm ki, Ermənistan hakimiyyəti süni şəkildə yaratdığı dövlətinin və ermənilərin maraqları naminə sərhədlərin delimitasiyasını, demarkasiyasını həyata keçirməli, sülh sazişini imzalamalıdır. Cünki ermənilərin gələcəyi qonşuları ilə mehriban şəraitdə yanaşı yaşamaqdan keçir.
Rəna Həsənova