Valideynləri narahat edən problemlərdən biri də onların yeriməsidir. Onlar nə vaxt yeriməyə başlayırlar?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan tanınmış pediatr Aytən İsmaylzadə bildirib ki, uşaqlar 12-18 ay arası yeriməyə başlayırlar.
Pediatır qeyd edib ki, bəzən 9-cu ayında da yeriyən uşaqlar olur:
“Yerimək sinir sisteminin tam formalaşmasına bağlıdır. Əgər uşağın 18 ayı tamam olubsa və hələ də yerimirsə, bu halda artıq gözləmək olmaz. Mütləq uşağı nevroloqa aparmaq lazımdır. Bu, ciddi nevroloji, əzələ xəstəliklərindən xəbər verə bilər”.
“Öyrətməyə gəlincə isə, 1 yaşa qədər uşağın əlindən tutub yeritmək, ayaq üstə çox saxlamaq olmaz. Xüsusilə kök uşaqlarda ayaqlara düşən ağırlıq onların əyilməsinə səbəb ola bilər. Uşaq artıq 9-10 ayından tutub durmağı bacarır və iməkləməyə başlayır. Ayaq üstə qalma müddətini özü müəyyən edir, yorulanda əyləşir, əlindən tutub saxlayanda və yeridəndə isə yorulduğunu hiss etmədiyindən ayaqlara düşən ağırlıq davam edir”,- deyə həkim əlavə edib.
BƏSTİ