"Yardımlıda əhalinin kasıb yaşayışına baxıram ürəyim əsir. Nəyə görə bu gözəllik nuş olmur insanlara? Bu dağların qoynunda çox ğözəl möhkəm evlər tikilib. Amma təəssüf ki, bu gün bu evlərin bir hissəsi boşdur. Bu evlərdə doğulan insanların bir hissəsi Rusiyada, bir hissəsi Bakıda, bir hissəsi Qaradağda daş boşaldır, bir hissəsi isə Sumqayıtda vaxtilə kimyəvi zavodlarda çalışırdı. Harda qara işlər var cammat ora üz tutur. Sənət olmayanda başqa bir iş qalmır".
Faktmedia.az xəbər verir ki, bunu deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
Millət vəkili bidirib ki, Azərbaycanda qaz çəkilişinə görə Yardımlı axırıncı yerdə dayanır:
"Bir vaxtlar gördüyünüz bu meşələr qaz olmadığından hamısı qırılıb, odun kimi istifadə olundu. Qaz çəkilişi bir neçə il də yubansa yerdə qalan meşələrdə qırılacaq. Bu fəlakətdir. Bunun qarşısı alınmalıdır. Yardımlı İranla sərhəddir. Hər gün burada demək olar ki, sərhəddə narkotiklə tutulanlar olur. Bir az ehtiyatlı olmaq lazımdır. Hər gün İran burada demək olar ki, təxribata əli atır. İndi Yardımlıda narkotiklə məşğul olanların sayı demək olar ki, xeyli azalıb, bu da burada çalışan polis işçilərinin səyi nəticəsindədir. İran tərəfdən nə addım atılırsa buradan adekvat cavab verilir. Bu sərhəddən 10, 20 hətta 40 kq narkotik tutulan vaxtlar olub. Bu gün qarşısı alınır. Amma yenə bu prosseslər gedir. Camaatın ayıq olması lazımdır. Əslində Azərbaycan bu gün gözəl günlərini yaşayır. Qarabağ azad olunub, müstəqil dövlətik, Güney məsələsi də hər kəsin dilindədir. Gələcəyimizə böyük ümidlərimiz var. Amma buna baxmayaraq buranın qazı, işığı, suyu ilə maraqlanmalıyıq. Külək əsən kimi işıqlar sönür, bir çox kəndlər bundan əziyyət çəkir. İşıq sistemləri təzələnməlidir. Biz bu problemləri həll etməliyik. "Bakupost"
Rəna Həsənova