Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Faktmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın iddiaları ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.
20-33
Bakıda yaşayan və dilənçiliklə məşğul olan Samir Zeynalov canı ilə hədələnir.
O, özü bu barədə Faktmedia.az-a danışıb. Vətəndaş bildirir ki, illər öncə baş vermiş davaya görə, onu həmyerliləri güllələməklə hədələyirlər.
S. Zeynalovun dediyinə görə, hətta, onu yaxın vaxtlarda öldürəcəklərini bildiriblər. O, həyatı təhlükə altında olduğu üçün qorxur və insanlardan, hüquq-mühafizə orqanlarından kömək istəyir. Harada iş tapsa onu güdməklə öldürmək istədiklərini bildirdikləri üçün vətəndaş artıq dilənçiliklə məşğul olur.
Samir Zeynalovun Faktmedia.az-a danışdığı videonu təqdim edirik:
Havar Şəfiyeva