"İndi bir çox adamlar ətrafı ilə kollektivi ilə ünsiyyət qura bilmir. Bu səbəbdən də bir çox problemlərlə üzləşirlər. Bu da ondan xəbər verir ki, danışıq, nitq insanın özünü ifadə təzahürüdür".
Bunu Faktmedia.az-a filologiya üzrə doktor Qulu Məhərrəmli deyib. O bildirib ki, indiki şəraitdə kamunikasiya qurmaq vasitəsidir:
"Uğuru necə qazanmaq, ünsiyyəti necə yaratmaq, özünü ifadə etmək haqda bir çox kitablar var. Ünsiyyət problemi yaşayan insanlar mütləq bu kimi kitablardan və ya təlimlərdən yararlanmalıdır. Bunun xüsusi reseptləri yoxdur. Çünki insanın daxilində özünü ifadə edən bir duyğu var, və ona uyğun davranışlar eləyir. Ona görə bunları təbii ki öyrənmək lazımdır. Məktəb, ali məktəb, təlimlər bunlar hamısı ondan ötrüdür ki, cəmiyyətdə öz yerini quraşdlrsınlar. Azərbaycan dilində də bu problem həlli üçün bir çox kitablar var. Eyni zamanda durğu işarələrdən, intonasiyadan istifadə etmək lazımdır".
Havar Şəfiyeva