Maliyyə yardımı alan kanallar həm də reytinq üçün çalışırlar. Bu isə keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır. Maraqlıdır, media subyekti necə çalışmalıdır həm maliiyə problemi həll olunsun, həm də reytinqi yüksək olsun.
Mövzu ilə bağlı Faktmedia.az-a professor Qulu Məhərrəmli deyib ki, Azərbaycanda bir neçə televiziya kanalı fəaliyyət göstərir. AzTv, Mədəniyyət TV, İdman Azərbaycan kanalı, Naxçıvan Dövlət televiziyası və bir də İctimai televiziyadır:
"Dövlətdən büdcə ayırmağı əlbətdə ki, televiziyalara reklam almağa, sponsor təşkil eləməyə maneə törətmir. Arada elə kanallar var ki, verlişləri baxılmayan, zəif olan, tamaşaçıları narazı qaldığı verlişlər var. Bunlar heç bir mübahisə doğurmur. Amma ümumiyyətlə götürdükdə büdcədə maliyyələşmə bu o deməkdir ki, elə sosial programlar, layihələr varki elə verlişlər olmalıdır ki onlar cəmiyyət üçün yararlı, faydalı, maraqlı olsun. Və tamaşaçı ondan müəyyən şeyləri öyrənə bilsin. Birinci növbədə bu xəbər programlarına aiddir, tədris öyrədici proqramlara aiddir. Amma dövlət maliyyə ayıranda televiziyaların necə çalışmasına məhz bu cür verlişərin hazırlanmasını şərt kimi qoymur. Bunu televiziya öz konsepsiyasına uyğun o kimi verlişləri eləməlidir və auditoriyanın maraqlarını da nəzərə alınmalıdır. Mili maraqlar, milli dəyərlər çərçivəsində o programları hazırlamalıdır".
Havar Şəfiyeva