Azərbaycanda onlayn kreditlərin verilməsi populyarlaşıb. İnternet üzərindən müqavilə bağlamaqla kredit əldə etmək mümkünləşib. Amma bunun pis tərəfi isə yüksək faizlərin olması və müqavilədən kənar hiylələrin edilməsidir. Belə kredit verən təşkilatlardan biri də "Azpulmat"dır. Müqavilədə göstərilən tarixdən keçməməsinə baxmyaraq əlavə faiz də hesablanır.
Mövzu ilə bağlı Faktmedia.az-a danışan iqtisadçı professor Elşad Məmmədov bildirib ki, kredit verilməsi ilə bağlı müvafiq səlahiyyətlərə malik olan qurumlar bu işlə məşğul olmalıdır:
"Lisenziyalar əsasında Mərkəzi Bank tərəfindən müvafiq lisenziya təşkilatlar və ona görə də bu məsələlərdə adiyyatı dövlət qurumları ayıq olmalıdır. Qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Həm hüquqi baxımdan bu vacibdir, həm də ölkədəki sosial və iqtisadi vəziyyətin qəanətbaxəş olması üçün bu məsələlərdə aidiyyatı dövlət qurumları fəal iştirak etməlidirlər. Unutmayaq ki, həmin təşkilatlar tərəfindən bu vəsaitlər müvafiq yüksək faizlərlə təqdim edilməsi son nəticədə həm sosial həm iqtisadi problemlərə yol açır. Bununla yanaşı həm də reallaşdırılan istənilən fəaliyyət müvafiq qanunlar çərçivəsində həyata keçrilməlidir".
Havar Şəfiyeva