"Ayrılan maliyyənin təyinatı üzrə xərclənməsi vacibdir. Bundan başqa da dövlətin maliyyə dəstəyi də bir qayda olaraq medianın istər televiziya, istər radio kanallarının imkanlarını daha da inkişaf elətdirməsi məqsədi güdür".
Bunu Faktmedia.az-a media eksperti Azər Həsrət deyib.
O bildirib ki, dövlət bunu ona görə edir ki, media müəyyən mənada sıxıntılardan azad olub, daha keyfiyyətli intellektual auditoriya müraciət edəcək təqdimatların efirə çıxsın:
"Amma təssüflər olsun ki, Azərbaycanda xüsusilə televiziya kanallarında bu məsələ ilə bağlı o qədər də həvəsli görünmürlər. Faktiki olaraq ayrılan maliyyə vəsaitini fürsətdə çevirib, keyfiyyətin yüksəltməyin qayğısına qalmırlar. Əksinə düşünürlər ki, əlavə vəsaitimiz var, bunu da sağa sola xərcləyən, xüsusilə keyfiyyətsiz verlişlər hesabına reytingimizi yüksəldək. Düşünürəm ki, hər halda Audiovizual Şura bu məsələnin üzərinə ciddi şəkildə getməlidir. Ümumiyyətlə teleradio sahəsində keyfiyyətin yüksəldilməsi üçün əlavə effektiv tədbirlər görülməlidir. Belə buraxmaq olmaz ki, pul ayrılsın bunlar da bir tərəfdən həm o pulu alsınlar, həm də özləri özəlliklə də aşağı səviyyəli auditoriyaya müraciət edəcək verlişlər hesabına reytinq qazansınlar".
Havar Şəfiyeva