"İmkansızlıqdan evlənmirəm" kimi belə bir problem olmur. Amma bunu problem vəziyyətinə gətirib evlənməyənlərin psixoloji problemi odur ki, öz təmbəllik komfort zonasından çıxmaq istəmir. Təmbəlliyin kökündə isə qorxu durur: məsuliyyət qorxusu, işə səhər tez oyanmaq, gecikməmək, məhsuldar olmaq, ailə başçısı olmaq, ata olmaq qorxusu... Bunları düşününcə gələcəyin həyəcanını yaşayır, "bacarmaram", "məndə alınmaz" cəsarətsizliyi ilə imkansızlığı bəhanə gətirmiş olurlar".
Bunu Faktmedia.az-a tanınmış psixoloq Samirə Bağırova deyib.
Psixoloq bildirib ki, bu da tərbiyənin bünövrəsindən irəli gəlir:
"Valideyinlər sən bacara bilməzsən, mən böyüyəm, mən həll edərəm deyə-deyə övladını çətinə yükləmək istəmir və nəticə etibarilə, heç bir işə yaramayan, fərasətsiz oğul böyüdür. Nəinki oğul, eləcə də qız uşaqlarına da aiddir. Hər kəs oxumuş, təhsilli ola bilməz, amma hər kəs "başının çarəsinə baxmağı" öyrənməlidir. Hər bir gənc oğlan 28-30 yaşına kimi iş əldə etməyi, pul qazanmağın yolunu öyrənməlidir. Bunu da ya ata, öyrətməlidir ya müstəqil yaşamağa şərait yaratmalıdır. Bəzi bəylər imkansız olduğu halda evlənir və xanımı bir qab yemək üçün gətirdiyini düşünür. Biz daş dövründə yaşamırıq. Bir boşqab yemək hər kəsin evində var. Ailə qurulan xanımın, övladının geyimi, dolanışığı, gəzintisi, uşağın təhsili bir başa kişinin qazancına bağlıdır. Bu səbəbdən bəylər evliliyə nəinki psixoloji, eləcə də həm fiziki, həm maddiyyat baxımından tam hazır olduğu şəkildə addım atmalı və öz yorğanına görə ayaq uzatmalıdır. Gözəl görünüşlü, gözəl geyimli, təhsilli, çalışan ata evində çətinlik görməyən xanımı gətirib bir qarın yeməyə saxlaya bilməyəcək. Kişi ailənin bünövrəsi sayılır. Hazır deyilsə maddiyyat baxımdan heç evlənməməsi daha uyğun hesab olunur. Mütləq evlənməlisən deyə bir qayda yoxdur".
Rəna Həsənova