Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karlov Universitetinin fəlsəfə fakültəsində atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.
Bu barədə respublikanın baş naziri Petr Fiala Nazirlər Kabinetinin fövqəladə iclasının sonunda keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, atəş hadisədən bir neçə saat əvvəl atasını öldürən 24 yaşlı tələbə David Kozak tərəfindən açılıb. Atışma nəticəsində 14 nəfər həlak olub, 25 nəfər yaralanıb. Onlardan 10 nəfərin vəziyyəti ağırdır. Həmçinin, məlum olub ki, Kozak rus dilində “Telegram” kanalına sahib olub və orada kütləvi qətl planlarını bölüşüb.