Yaponiyalı seysmoloq Yoshinori Morivaki Türkiyədə ola biləcək zəlzələdən danışıb.
Faktmedia Türkiyə KİV-ə istinadən xəbər verir ki, Eskişehirdə türkiyəli jurnalistlərin suallarını cavablandıran Yoshinori İstanbulun Avcılar bölgəsinin torpağının yumşaq relyefə sahib olduğundan bu bölgədə zəlzələnin baş verməsinin qaçınılmaz olduğunu bildirib.
Seysmoloq qeyd edib ki, Bursa, Konya və Mərmərə bölgələrində zəlzələnin baş vermə riski böyükdür:
"Mərmərə bölgəsində zəlzələ olacaq. Bu İstanbula da təsir edəcək.
Orada 6-7 qırılma xətti var. Bir qırılma xətti 6.8 və 7 bal gücündə zəlzələyə səbəb ola bilər. Bu bölgədə ən çox 7.9 bal gücündə zəlzələ ola biləcəyi ehtimal edilir.
İstanbuldakı zəlzələ səbəbi ilə Atatürk Havalimanı, Ataköy, Küçükçekmece, Avcılar və Büyükçekmece bölgəsi hazır vəziyyətə gətirilməlidir".