Tayvanın şərqindəki Hulian şəhərindən 86 kilometr cənub-qərbdə axşam saatlarında 5,2 bal gücündə zəlzələ baş verib.
Tayvanın şərqində yerləşən Hualian şəhərinin 86 kilometr cənub-qərbində, yerli vaxtla saat 18.36-da 5,2 bal gücündə zəlzələnin yerin 17 kilometr altında baş verdiyi bildirilib. Zəlzələ Hualian şəhərində qısa müddətli çaxnaşma yaratsa da, zəlzələ nəticəsində can və mal itkisi yaşanmayıb.
Qeyd edək ki, 21 sentyabr 1999-cu ildə Tayvanda baş verən 7,7 bal gücündə zəlzələdə 2500 adam həyatını itirib, 10 mindən çox insan isə yaralanıb.
Xəyalə Xəlilova