Sudan Həkimlər Mərkəzi Komitəsi cümə axşamı bildirib ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən toqquşmalarda həlak olan mülki vətəndaşların sayı 833-ə çatıb.
Faktmedia.az xəbər verir ki, Əl-Cəzirə xəbər kanalı komitənin bəyanatında deyilir: “Toqquşmalarda mülki əhalinin həlak olması 833 nəfərə çatıb, 3329 nəfər isə yaralanıb”. Çərşənbə axşamı komitə 822 nəfərin öldüyünü və 3215 mülki vətəndaşın yaralandığını bildirib.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, mayın 14-nə kimi toqquşmalar nəticəsində 676 mülki şəxs həlak olub, 5575 nəfər isə yaralanıb.
Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda rəqib hərbi qruplaşmalar arasında silahlı toqquşmalar baş verib. Münaqişə başlayandan bəri bir neçə dəfə atəşkəs elan etməyə cəhd edilib.
Havar Şəfiyeva