Sudan Silahlı Qüvvələri Çevik Reaksiya Qüvvələrinin döyüşçülərinin tez-tez mülki geyimə keçdiklərini və mülki şəxslər adı altında belə maşınlarla səyahət etdiklərini əsas gətirərək, Sudan vətəndaşlarının motosikletdən istifadəsini qadağan edib.
Faktmedia.az xəbər verir ki, bu barədə ordunun “Facebook” sosial şəbəkəsində bəyanatında deyilir.
Qeyd edək ki, Sudanda ordu ilə əvvəllər ölkə hökumətinin nəzarətində olan yarım hərbi təşkilat olan RRF arasında aprel ayında qarşıdurmalar başlayıb. Səbəb ordunun baş komandanı ilə Suveren Şuranın rəhbəri arasında fikir ayrılığı olub.
Havar Şəfiyeva