"44 günlük vətən müharibəsindəki qələbəmiz həm geosiyasi, həm də qlobal anlamda Azərbaycanın gücünü və nüfuzunu artırdı. Bu gün hər iki miqyasda ölkəmizin yaratdığı reallıqlar Azərbaycana eyni anda həm bölgə, həm də dünya üçün önəmli status qazanmışdır".
Bunu Faktmedia.az-a açıqlamasında Mili Məclisin Deputatı Vüqar İskəndərov deyib.
O, həmçinin əlavə edib:
"Qələbədən 3 il keçməsinə baxmayaraq Ermənistan hələ də ürək açan addımlar atmır və Azərbaycanın təklif etdiyi sülh təklifini qəbul etmək istəmir. Bu da onu deməyə əsas verir ki, Ermənistan hələ də lazmi qədər ağıllanmayıb. Ölkə Prezidentinin çox düşünülmüş xarici siyasəti, diplomatik məharəti Ermənistanı çətin vəziyyətdə qoyub. Artıq fakt qarşısında qalan Ermənistan cığal hərəktlərin davam etdirir. İki Azərbaycanlı hərbiçinin dumanlı hava şəraitində Ermənistan ərazisinə keçməsi və əsir düşməsi nəticəsində onlara qarşı olunan qeyri insani hərəkətlər, vəhşiliklər bir daha Ermənistanın iç üzünü açıb göstərdi. Həqiqətən də bu hərəkətlər barbarçılığı daha da siyasiləşdirir. Bir hərbiçimizə artıq "məhkəmə" vasitəsilə hökm oxunub. Digərinin istintaqı davam edir. Dərhal iki hərbiçimizin azad olunması, işgəncə verənlərin beynəlxalq qaydalara uyğun cəzalandırılması üçün ölkəmiz əlindən gələni edir".
Havar Şəfiyeva