Sudanda silahlı münaqişənin tərəfləri - Sudan Silahlı Qüvvələri (SAF) və Çevik Dəstək Qüvvələri (RSF) şənbə günü yeddi günlük humanitar atəşkəs haqqında razılığa gəliblər,
Faktmedia.az xəbər verir ki, bu barədə "Əl Arabiya" xəbər kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, SAF və RSF Səudiyyə Ərəbistanının Ciddə şəhərində humanitar atəşkəs haqqında saziş imzalayıb və bu saziş imzalandıqdan 48 saat sonra qüvvəyə minəcək.
Qeyd edək ki, aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda rəqib hərbi qruplaşmalar arasında silahlı toqquşmalar baş verib. Münaqişə başlayandan bəri bir neçə dəfə atəşkəs elan etməyə cəhd edilib. Sudan Həkimləri Mərkəzi Komitəsinin məlumatına görə, toqquşmalarda azı 850 mülki şəxs həlak olub.
Xəyalə Xəlilova