İran və Səudiyyə Ərəbistanı iki ölkə arasında münasibətləri normallaşdırmaq və iki ay ərzində səfirliklər açmağı planlaşdırmaq barədə razılığa gəliblər.
Faktmedia.az xəbər verir ki, Tasnim xəbər agentliyi məlumat verib.
Məlumata görə, Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani və səudiyyəli həmkarı arasında danışıqlar aparılıb. Danışıqlar üçtərəfli bəyanatla yekunlaşıb və buna əsasən Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və öz səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.
Qeyd edək ki, münasibətlərin normallaşdırılmasına dair saziş Çin sədri Si Cinpinin təşəbbüsü və 2021-ci ilin aprelində Tehran və Ər-Riyad arasında danışıqların keçirildiyi məkana çevrilən Oman və İraqın vasitəçiliyi ilə yekunlaşıb.
Bəsti Məmməd