Səudiyyə Ərəbistanının İnkişaf Fondu Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) 5 milyard dollarlıq əmanət yatırılmasına dair müqavilə imzalayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl-Səud açıqlama verib.
Bildirilib ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gücləndirilməsi istiqamətində mühüm qərarlar alınıb.
Səud açıqlamasında deyib ki, Səudiyyə Ərəbistanının turizm naziri və Səudiyyə Ərəbistanı İnkişaf Fondunun İdarə Heyətinin sədri Əhməd Əl Xateeb və TCMB sədri Şahap Kavcıoğlu arasında depozit qoyulması üçün saziş imzalanıb. TCMB-a 5 milyard dollar depozit yatırılıb.
Bəsti Məmməd