Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubu portuqaliyalı hücumçu Kriştianu Ronalduya maaşının cəmi 10 faizini ödəyir.
Faktmedia.az xəbər verir ki, bu barədə “The Athletic” mənbələrinə istinadla xəbər yayıb.
Məlumata görə, ulduz hücumçu maaşının yerdə qalan 90%-ni Səudiyyə Ərəbistanının büdcəsindən alır.
Yanvarın 2-də Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən, “Ən-Nəsr”in oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların da olduğu bildirilib.