Yunanıstanda ölkə tarixində ən dəhşətli qatar qəzası nəticəsində azı 40 nəfər həlak olduqdan sonra ölkədə üç günlük milli matəm elan edilib.
Faktmedia.az xəbər verir ki, hökumət ən azı 130 nəfərin yaralandığını və 66 nəfərin xəstəxanaya yerləşdirildiyini, xilasedicilərin qatarın qalıqları altında qalan daha çox sərnişini tapmaq üçün qəza yerində olduğunu bildirib.
Bildirilib ki, Afinadan Salonikiyə gedən sərnişin qatarında 346 nəfər olub və qatarların şimaldakı Larissa əyalətinin Tempi şəhərində toqquşub.
Yunanıstanın nəqliyyat naziri Kostas Karamanlis azı 40 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra istefa verdiyini açıqlayıb
Rəna Həsənova