Amerikanın Memfis şəhərində "Fox" telekanalının ofisi atəş açan şəxsə görə boşaldılıb.
Faktmedia.az xəbər verir ki, bu barədə “RİA Novostiyə istinadən xəbər verir.
Qeyd olunur ki, səhər saatlarında dayanacaqda bir nəfər işçilərdən birinə yaxınlaşaraq ona silah göstərib. Telekanal əməkdaşı söhbətini bitirib oradan çıxanda silahlı şəxs əsas girişə gedərək avtomatdan binaya atəş açıb, daha sonra yaxınlıqdakı restorana gedərək özünü barrikadada saxlayıb.
Qeyd edək ki, bundan əvvəl Vaşinqtonda dəfn evində atışma olub. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı, bir nəfərin öldüyü dəqiqləşdirilir.
Havar Şəfiyeva