HƏMAS daha 2 girovu azad edib.
Faktmedia.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qətər və Misirin vasitəçiliyi ilə daha 2 girovu azad etdiklərini açıqlayıb.
Sözügedən şəxslərin daha əvvəl də getmək istədiklərini vurğulayan Qəssam Briqadaları İsraili "öz əsirlərini vecinə almamaqda" günahlandırıb.
Bəyanatda həmçinin qeyd olunub ki, 2 girov humanitar və tibbi səbəblərdən azad edilib.
Rəna Həsənova