Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Ukraynaya bir çox dünya ölkələrindən, xüsusilə Amerika və Avropa ölkələrindən hərbi və humanitar yardımlar göndərilir.
Faktmedia.az xəbər verir ki, İtaliya və Finlandiya da Ukraynaya güclü dəstək verməyə razılaşdıqlarını açıqlayıblar.
Qeyd edək ki, rəsmi səfər çərçivəsində paytaxt Romaya gələn Finlandiya prezidenti prezident sarayında əvvəlcə italiyalı həmkarı Sercio Mattarella ilə görüşüb. Hər iki prezident görüşdən sonra birgə mətbuata bəyanatla çıxış ediblər.
Rəna Həsənova