Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri şərəfinə İtaliya hakimiyyəti təbliğat günü təşkil edib.
Faktmedia.az xəbər verir ki, bu fikri Fatto Quotidiano-nun köşə yazarı Daniela Ranieri bildirib.
Müəllifin sözlərinə görə, İtaliyada dövlət və özəl televiziya Zelenskinin Romaya səfəri fonunda yüksək effektli təbliğat və saxtakarlıq günü təşkil edib.
Ranyeri vurğulayıb ki, bu vəziyyət Avropa söz azadlığına riayət edilməməsinin nümunəsidir, çünki onların heç bir jurnalisti siyasətçini tənqid etməyə çalışmayıb. Onun bütün cavabları Rusiya prezidenti Vladimir Putinin ittihamlarına həsr olunub.
Qeyd edək ki, mayın 13-də Zelenski Romaya və Vatikana səfər edib, burada bir sıra görüşlər keçirib.
Havar Şəfiyeva