Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 9-u Avropa Günü elan etməsi respublikanın Qərbə yaxınlaşmasına kömək etməyəcək.
Faktmedia.az xəbər verir ki, Çinin “Global Times” nəşrinə müsahibə verən ekspertlər vəziyyəti belə qiymətləndiriblər.
Hərbi ekspert Sonq Zhongpinq vurğulayıb ki, Qələbə Gününün qeyd olunmasını ləğv etməklə, Zelenski Ukraynanın gələcəyini Avropa ilə sıx bağlamağa çalışır.
O qeyd edib ki, Kiyevdə ABŞ və NATO-nun respublikaya hərtərəfli dəstək göstərəcəyini və hətta Rusiya ilə münaqişəyə birbaşa müdaxilə edəcəyini gözləyirlər.
Havar Şəfiyeva