Finlandiya hökuməti 9 rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Faktmedia.az xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada Finlandiya Prezidenti Sauli Niinistö ilə Nazirlər Şurasının mövcud hadisələri müzakirə etmək üçün bir araya gəldiyi bildirilib.
Rusiya-Ukrayna müharibəsi və Avropadakı mövcud təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilən bəyanatda qeyd olunub:
"Prezident və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsi Rusiyanın Ukraynaya müdaxiləsini və Avropada mövcud təhlükəsizlik vəziyyətini də müzakirə ediblər. Prezident və Nazirlər Şurası Kahovka bəndinin dağılmasını humanitar və ekoloji fəlakət kimi pisləyir. Həm də o deməkdir ki, mülki əhaliyə və ətraf mühitə geniş ziyan vuran müharibə yeni formada inkişaf edir. Həmçinin Finlandiyanın Moskvadakı səfirliyində çalışan 9 kəşfiyyat əməkdaşının deportasiya edilməsinə dair razılıq əldə olunub. Onların hərəkətləri “Vyana Konvensiyasına” ziddir. Diplomatik Əlaqələr Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya səfirini məlumatlandıracaq”.
Sevinc Hüseynova