Türkiyənin Adana şəhərində gənc oğlan mübahisə etdiyi qardaşını güllələyib.
Faktmedia.az xəbər verir ki, 27 yaşlı şəxs 23 yaşlı qardaşını tapança ilə vuraraq öldürüb.
Ağır yaralanan Adem M.-ni Ceyhan Dövlət Xəstəxanasında edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Qardaşının qatili imam M. polisə təslim olub.
Xəyalə Xəlilova