Ukrayna prezidenti Vladimir Zelenski daşqın təhlükəsi ilə üzləşən Xerson vilayətinin sağ sahilindəki ərazilərin sakinlərinin təxliyəsi barədə göstəriş verib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasından sonra çərşənbə axşamı özünün Telegram kanalında yazıb:
“Ərazilərdən evakuasiya həyata keçirmək və Kaxovka su anbarından su ilə təmin olunan bütün şəhər və kəndləri içməli su ilə təmin etmək tapşırılıb”, - deyə Zelenski bildirib.
Ukraynanın Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, saat 07:30-a olan məlumata görə, Tyaginka, Lvovo, Otradokamenka, Berislavski rayonu tamamilə və ya qismən su altında qalıb; İvanovka, Nikolskoye, Tokarevka, Ponyatovka, Belozerka, Xerson şəhərinin Ostrov mikrorayonu. Hazırda bu yaşayış məntəqələrinin sakinlərinin avtobuslarla Xersona, oradan Nikolayevə və oradan da Xmelnitski, Odessa, Kropivnitski, Kiyev və digər şəhərlərə köçürülməsi təşkil edilir.
Rəsmi məlumata görə, Xerson vilayətinin sağ sahil hissəsinin 16 minə yaxın sakini kritik zonadadır.
Xəyalə Xəlilova