Ukrayna prezidenti Vladimir Zelenski G7 sammitində iştirak etmək üçün şəxsən Xirosimaya səfər edəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov məlumat verib.
“Orada çox mühüm qərarlar qəbul ediləcək, ona görə də bizim maraqlarımızı müdafiə etmək, izah etmək, ölkəmizdə baş verənlərlə bağlı aydın təkliflər və arqumentlər irəli sürmək üçün prezidentimizin fiziki iştirakı mütləq lazımdır”, - deyə o bildirib.
Daha əvvəl Kyodo xəbər agentliyi ABŞ və Yaponiya hökumətlərindəki “bir neçə mənbəyə” istinad edərək, Zelenskinin G7 sammitində şəxsən iştirak edəcəyini bildirmişdi. Bloomberg həmçinin bildirib ki, Ukrayna prezidenti Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqasının sammitində iştirak etdikdən sonra Amerika hərbi təyyarəsi ilə Yaponiyaya gələcək.
Bəsti Məmməd