Aİ Qərbi Aralıq dənizi və Atlantik regionundan qeyri-qanuni gedişlərin qarşısının alınmasını və qanuni immiqrasiyanın təşviqini, həmçinin miqrantların daşınması üçün hava yollarının sui-istifadəsinin qarşısının alınmasını əhatə edən yeni plan təqdim edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Qərbi Aralıq dənizi və Atlantik regionundan qeyri-müntəzəm gedişlərin qarşısının alınmasını, mənşə ölkələrinə qayıdışların dəstəklənməsini və qanuni miqrasiyanın təşviqini, həmçinin miqrantların daşınması üçün hava yollarının sui-istifadəsinin qarşısının alınmasını əhatə edən yeni plan təqdim edib.
Aİ-nin daxili işlər üzrə komissarı Ylva Yohansson keçirdiyi mətbuat konfransında planın 4 sütundan ibarət olduğunu açıqlayıb:
“İnsan alveri ilə mübarizə, sərhədlərin idarə edilməsi, mənşə ölkəsinə repatriasiya və Avropa əmək bazarına çıxış üçün qanuni yolların tapılması bu plana daxil olan sütunlardır”.
Mərakeş, Seneqal, Mavritaniya və Qambiya kimi ölkələrlə tərəfdaşlığı ehtiva edən plan, miqrasiya idarəçiliyini gücləndirmək, qeyri-qanuni çıxışların qarşısını almaq və bu marşrut boyunca insanların həyatını xilas etmək üçün Aİ üzv dövlətlərinə dəstək olmaq məqsədi daşıyır.
Bildirilib ki, Şimali Afrika və Sahel ölkələrinə qayıdış, readmissiya və reinteqrasiya üçün dəstək verməyi vəd edən plan, əmək miqrasiyası və istedad tərəfdaşlıqları vasitəsilə qanuni miqrasiyanı təşviq etmək məqsədi daşıyır.
Plana axtarış-xilasetmə əməliyyatlarına dəstək də daxildir.
Qeyd edək ki, Yohanssonun paylaşdığı məlumatlara görə, 2019-cu ildə Atlantik marşrutundan Kanar adalarına gedən miqrantların sayı 3000-dən az olarkən, 2020-ci ildə yüzdə 800 artımla 24.000-ə çatdı və 2021-ci ildə eyni qaldı. 2022-ci ildə İspaniya və Mərakeş ilə qurulan tərəfdaşlıq nəticəsində bu rəqəm 50 faiz azalıb.
Havar Şəfiyeva