Əfqanıstanın şimalındakı Sar-i Pol əyalətində məktəbli qızlar zəhərlənib.
Faktmedia.az xəbər verir ki, Talibanın idarə etdiyi Əfqanıstanda 80-ə yaxın məktəbli qız zəhərlənib.
Ərazinin Təhsil Müdirliyi zəhərlənmələrin eyni bölgədə bir-birinin ardınca hədəfə alınan iki ibtidai məktəbdə baş verdiyini açıqlayıb.
Əvvəlcə məktəbdə oxuyan 17 qız şagird zəhərlənib. Bir gün sonra başqa məktəbdə daha 60 qız şagirdin zəhərləndiyi öyrənilib.
Xəstəxanaya çatdırılan tələbələrin vəziyyətinin yaxşı olduğu bildirilib.
Əfqanıstan polisi hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Sevinc Hüseynova