ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) 2023-cü il Siyasət Sammitində çıxış edib.
Faktmedia.az xəbər verir ki, İsrail və ABŞ arasındakı tərəfdaşlığın həyatın bütün sahələrini əhatə etdiyinə diqqət çəkən Blinken, hökumətlər arasında əməkdaşlığın xalqlar arasındakı əlaqələrlə gücləndiyini bildirib.
Qeyd edib ki, ABŞ prezidenti Co Bayden administrasiyasının iki əlaqəni daha da inkişaf etdirmək üçün işlərini davam etdirir.
Blinken vurğulayıb ki, İsrail-ABŞ əlaqələri ABŞ-ın İsrailin təhlükəsizliyinə bağlılığı ilə təmin edilir. Bu öhdəlik müzakirə edilə bilməz.
ABŞ-ın İsrailə hərbi və maliyyə yardımları köçürdüyünü, iki ölkənin ortaq hərbi təlimlər və araşdırma və inkişaf işləri apardığını ifadə edən Blinken, "İsrail gücləndikcə Amerikanın da təhlükəsiz olacağını bildirib.
O qeyd edib ki, onlar İsrailin legitimliyini şübhə altına alan təşəbbüslərlə də mübarizə aparır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və İnsan Haqları Şurası kimi forumlarda İsraili təcrid və hədəfə alma səylərinə qarşı çıxırlar.
Havar Şəfiyev