İsrail Qəzza zolağında saxlanılan girovların sayını açıqladı.
Faktmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari brifinqdə məlumat verib.
O bildirib ki, Qəzza zolağında saxlanılan girovların sayı azı 222 nəfərdir.
Həcəri əlavə edib ki, 23 oktyabr tarixinə İDF-nin itkiləri ən azı 308 nəfər olub.
Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi iddia edir ki, hazırda Fələstinin radikal HƏMAS hərəkatının 1 mindən çox tərəfdarı İsrail hərbçilərinin əlindədir və əsirlər arasında həlak olanlar da var.
Qeyd edək ki, Öldürülən yaraqlıların dəqiq sayı barədə məlumat verilmir.
Xəyalə Xəlilova