İsrail ordusu “silahlı hücrələri məhv etmək, itkin düşən və qaçırılanlar haqqında məlumat əldə etmək” məqsədi ilə gecə saatlarında Qəzza zolağında “sızma əməliyyatı” keçirdiyini açıqlayıb.
İsrail Ordusunun sözçüsü Daniel Hagari verdiyi açıqlamada indiyədək 222 israilli məhbusun kimliyini müəyyən etdiklərini və onların Qəzzada girov saxlandıqlarını ailələrinə çatdırdıqlarını bildirib.
İsrail ordusunun Qəzza zolağı sərhədi ətrafından 1000-dən çox fələstinli cəsədi və əsiri olduğunu bildirən Həcəri, 7 oktyabrdan bəri davam edən qarşıdurmalarda ölən İsrail əsgərlərinin sayının 308-ə yüksəldiyini bildirib.
Humanitar yardım daşıyan 14 TIR-ın Qəzza zolağına daxil olduğunu qeyd edən Həcəri, Qəzza zolağına heç bir yanacağın girməyəcəyini vurğulayıb.