İsrail ordusu Misir sərhədinə yaxın Kerem Əbu Səlim bölgəsində bir Misir nöqtəsinin səhvən hədəf alındığını açıqlayıb.
Faktmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü məlumat verib.
Qeyd edib ki, qısa müddət əvvəl sərhədə yaxın Kerem Şalom (Kerem Abu Salim) bölgəsində İsrail ordusuna aid bir tank səhvən atəş açaraq Misir mövqeyini vurub.
Açıqlamada hadisə ilə bağlı araşdırmaya başlanıldığı və “hadisədən kədərləndikləri” bildirilib.
Xəyalə Xəlilova