ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda o, “gözlənilməz təhlükəsizlik vəziyyəti” səbəbindən vətəndaşlarından Livanı tərk etmələrini istəyib.
Faktmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Bildirilib ki, Livandakı ABŞ vətəndaşlarından "gözlənilməz təhlükəsizlik vəziyyəti" səbəbiylə dərhal ölkəni tərk etmələri istənilib.
Açıqlamada, “Hələ kommersiya uçuşları var, lakin tutum azalıb. Zəhmət olmasa Beyrut-Rafiq Həriri Beynəlxalq Hava Limanı uçuş variantlarını yoxlayın”.
Livanı tərk edəcək şəxslərdən, əgər imkanı yoxdursa, təyyarə bileti almaq üçün ABŞ hökumətindən maliyyə yardımı kreditinə müraciət etmələrini xahiş edib.
Rəna Həsənova