Rusiyada baş verən hərbi çevriliş nəticəsində insanlar ölkəni tərk edirdlər. Rastov "Vaqner"in tam nəzarətinə keçdikdən sonra şəhər sakinləri hava limanlarına, qatar yollarına axışıblar. Maraqlısı odur ki, ölkəni tərk edənlər arasında məmurlar, biznesmenlər də var.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskvanı “biznes və siyasi” elitası tərk edir. Bu gün şəxsi təyyarələrlə milyader, Rusiyanın Əmək Qəhrəmanı Arkadi Rozenberq Bakıya, Rusiyanın baş nazirinin müavini Denis Manturov və oliqarx Vladimir Potanin Türkiyəyə uçub. Rusiya prezidentinin təyyarəsi Sankt Peterburqdadır.
Sevinc Hüseynova