Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin Müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev Bakıya çağırılıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, general-polkovnik hələ Bakıdadır. Onun nə zaman işinin başına qayıdacağı ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun komandanının bir sıra xarici ölkələrdə, xüsusən də Rusiyada böyük biznes şəbəkəsinə sahib olması ilə bağlı iddialar səsləndirilir.
Xatırladaq ki, Kərəm Mustafayev Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Sevinc Hüseynova