İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin (ESMO) Konqresində biotexnologiya şirkəti Biontech-in qurucuları Uğur Şahin və Özlem Türeci 15 ildir üzərində çalışdıqları xərçəng peyvəndinin ilk nəticələrini açıqlayıblar.
Faktmedia.az xəbər verir ki, Biontech şirkəti , inkişaf etdirdikləri xərçəng peyvəndi olan CARVac'ın tətbiq olunduğu subyektlərin 59 faizində şişləri ən azı 30 faiz kiçilddiyini açıqlayıb.
CARVac-dan əldə edilən ilk nəticələrdə şişlərin böyüməsini dayandıra biləcəyi və hətta onları kiçildə biləcəyi aydın olub.
Peyvəndin 44 xəstəyə dörd dozada tətbiq edildiyi və xəstələrin yüzdə 59-da şişlərin ən azı 30 faiz kiçildiyi bildirilib. Deyilənlərin 95 faizində peyvənddən sonra xərçəngin stabilləşdiyi və böyüməsinin dayandığı bildirilib.
Qeyd edək ki, Biontech 2030-cu ilə qədər təxminən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.
Xəyalə Xəlilova