Xərçəng və ürək xəstəliklərinə qarşı peyvəndlər 2030-cu ilə qədər hazır olacaq. Bu ümidverici bəyanatı ABŞ-ın aparıcı əczaçılıq şirkəti Moderna verib.
Faktmedia.az xəbər verir ki, şirkət xərçəng, ürək-damar və otoimmün xəstəliklər üçün peyvəndlərin 2030-cu ilə qədər hazır olacağına əmin olduğunu açıqlayıb.
Qeyd edilib ki, bu peyvəndlər üzərində aparılan tədqiqatlar “çox perspektivlidir”.
Tədqiqatçılar bildiriblər ki, COVID-19 peyvəndinin uğuru sayəsində 12-18 ay ərzində 15 illik irəliləyiş əldə edilib.
Modernanın baş tibb işçisi Paul Burton, şirkətin beş il ərzində "bütün xəstəlik sahələri" üçün bu cür müalicələr apara biləcəyinə inandığını deyib.
"Biz bu peyvəndi alacağıq və bu, çox təsirli olacaq. Bu, milyonlarla olmasa da, yüz minlərlə insanın həyatını xilas edəcək",- deyə mütəxəssis qeyd edib.
O, bildirib ki, bir çox fərqli şiş növlərinə qarşı fərdiləşdirilmiş xərçəng peyvəndi hazırlanacaq.
"Düşünürəm ki, Covid-19 peyvəndinin əsaslandığı, daha əvvəl müalicəsi mümkün olmayan nadir xəstəliklər üçün mRNA əsaslı müalicələrimiz olacaq"
Alimlər xəbərdarlıq edirlər ki, yüksək sərmayə qoyuluşu qorunmasa, son üç ildə artan tərəqqi boşa çıxacaq.
Bəsti Məmməd