28 yaşlı Kirsti Smitten milyonlarla insanın həyatını xilas edəcək və tibbi fəlakətin qarşısını ala biləcək ixtiraya görə Nobel mükafatı almağı hədəfləyir.
Faktmedia.az xəbər verir ki, gənc qız yeni antibiotik sinfi yaratmağa nail olub. Bununla da o, bakteriya, virus, göbələk və parazitlərin zamanla təkamülə uğradığı və Ümumdünya Səhiyyə Təşkilatının "qlobal sağlamlıq üçün ən böyük təhlükələrdən biri" adlandırdığı dərmanlara cavab vermədiyi antimikrob müqavimətə qarşı mübarizəni reallaşdırıb.
Kimya üzrə fəlsəfə doktoru olan və adı 2020-ci ildə elm və səhiyyə sahəsində Forbes jurnalında nüfuzlu araşdırmaçılar siyahısına daxil edilən Kirsti Smitten Şeffild Universitetində PhD məsləhətçisinin dəstəyi ilə dərmanlara davamlı olan pnevmoniya və meningit də daxil olmaqla bakterial infeksiyaları müalicə etmək üçün iki antibiotik birləşmə hazırlayıb. Antibiotik birləşmələrin heyvanlar üzərində sınaqlarından sonra növbəti mərhələsi xəstəxanada əldə edilən pnevmoniyadan başlayaraq insanlar üzərində olacaq.
MRSA kimi dərmana davamlı bakteriyalar artıq hər il bir milyondan çox insanın ölümünə səbəb olur və bunun 2050-ci ilə qədər on milyona yüksələcəyi proqnozlaşdırılır.
Hazırda Kirsti Smittenə ürək xərçəngi diaqnozu qoyulub. O, əgər şişi çıxarmaq üçün lazım olan əməliyyatı seçsə, qanaxmadan ölüm riski var. Əməliyyatdan sağ çıxdığı halda isə ən çox bir neçə il yaşaya biləcək. Sınaqların effektiv olduğu sübut olunarsa, Kirsti müalicənin 2030-cu ilə qədər lisenziyalaşdırılacağına ümid edir.
Havar Şəfiyeva