İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Nur Şəms Qaçqınlar Düşərgəsin tərk edib.
Faktmedia.az xəbər verir ki, düşərgədə şəhid olan fələstinlilərin sayının 13-ə yüksəldiyi, ordu qüvvələrinin təxminən 30 saat sonra düşərgədən çəkildiyi açıqlanıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Nur Şəms Qaçqınlar Düşərgəsində qətliam törətdiyi bildirilib.
Açıqlamada İsrailin düşərgəyə təşkil etdiyi basqında 5-i uşaq olmaqla 13 fələstinlinin öldürüldüyü bildirilib.
Xəyalə Xəlilova