ABŞ prezidenti Co Baydenin iştirakı gözlənilən İordaniyadakı dördtərəfli zirvə toplantısı üçün Əmmanda olan Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra Ramallaha qayıtmaq qərarına gəlib.
Faktmedia.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas İsrailin qətliamına sərt reaksiya verib.
O bildirib ki, xalqın qaçqına çevrilməsinə icazə verməyəcəklər:
"Bu, gizlədilməsi mümkün olmayan bir qətliamdır, işğalçılar bütün qırmızı xətləri keçiblər. Biz döyüşlərin ilk günündən bu günə kimi öz haqqımızı müdafiə etmişik. Lakin bu gecə baş verən faciədən və xalqımızın gəncliyinə qarşı bu hadisədən sonra , mən vətənimizə qayıtmaq qərarına gəldim. İordaniyadakı qardaşlarımızla razılaşdıq. Hər kəsə buradan səslənirəm. Birliyimizi qoruyaq, ixtilaflara düşməyək. Çünki bundan heç birimiz faydalana bilməyəcəyik. Biz xalqımızın müdafiəsini tələb edirik.Onlar indiyə qədər bunu etməyiblər. ABŞ bu işin başındadır. Biz imkan verməyəcəyik ki, xalqımız qaçqın vəziyyətinə salınsın. insanlar öz torpaqlarında dik duracaqlar. Biz heç yerə getməyəcəyik. Biz Qəzzada dinc əhalinin qan gölündən xilas olmasını istəyirik. Bu müharibəni dayandırmaq üçün heç kimə ehtiyacımız yoxdur".
Xəyalə Xəlilova