İsrail döyüş təyyarələri yenidən fosfor bombaları ilə Qəzzaya hücum edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzzaya fosfor bombası ilə hücum etdiyini açıqlayıb.
Bildirilib ki, fosfor bombası beynəlxalq səviyyədə qadağan olunmuş silahlar arasındadır.
İsrail blokada altındakı Qəzza zolağının şimalında əhalinin sıx məskunlaşdığı Kerame bölgəsinə fosfor bombası ilə hücum edib.
Qeyd edək ki, İsrail bundan əvvəl 2014-cü ildə Fələstində fosfor bombalarından istifadə etmişdi.
Xəyalə Xəlilova