Almaniyanın paytaxtı Berlində keçirilməsi planlaşdırılan Fələstinlə həmrəylik mitinqinə ictimai təhlükəsizlik səbəbi ilə icazə verilməyib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Berlin polisindən açıqlama verilib.
Bildirilib ki, Berlin şəhərinin müxtəlif bölgələrində Fələstinlə həmrəylik üçün keçiriləcək mitinq və eyni mövzuda yürüş, eləcə də onları əvəz edən bütün tədbirlər, bir cinayət törətdiyi səbəbiylə qadağandır. İctimai asayiş və təhlükəsizliyə təhdiddir.
Qeyd edək ki, polisin məsələ ilə bağlı mitinq təşkilatçılarına məlumat verdiyi bildirilib.
Rəna Həsənova