Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynaya NATO-ya üzv olmaq dəvəti olmayacaq.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti mənbələrində bildirilib.
Əldə edilən məlumata görə, Ukraynanın NATO-ya üzvlüyü üçün konkret addımlar atmaq üçün doğru zaman deyil:
“NATO üzvü olan müttəfiqlər arasında bu məsələdə konsensus yoxdur. Almaniya daha çox diqqətini Ukraynaya konkret yardım göstərməyə yönəltmək istəyir”.
Qeyd edək ki, NATO sammiti zamanı Almaniyanın Ukraynaya hərbi texnika tədarükü ilə bağlı mühüm açıqlama paylaşmasının gözlənildiyi də bildirilib.
Rəna Həsənova