Norveçin xarici işlər naziri Anniken Huitfelt çərşənbə günü NATO və İsveç xarici işlər nazirləri arasında qeyri-rəsmi görüşdən əvvəl Osloda keçirilən mətbuat konfransında bildirib ki, Norveç Ukraynaya ümumi dəyəri təxminən 7 milyard avro olan beşillik hərbi yardım proqramı təqdim edəcək.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Norveç Ukraynaya 5 il müddətinə nəzərdə tutulan Nansen hərbi yardım proqramını təqdim edəcək, onun həcmi təqribən 7 milyard avro təşkil edəcək”, - deyə nazir bildirib.
Norveç xarici işlər naziri onu da vurğulayıb ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya humanitar və hərbi yardımın göstərilməsini müzakirə edəcək, həmçinin NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Xəyalə Xəlilova