İsveçin Əfqanıstanda bütün fəaliyyətləri dayandırılıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Taliban hökuməti Quranın yandırılmasına icazə verdiyi üçün bu qadağanı qoyub.
Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabında İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin Quranın yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər dayandırıldığını bildirib.
Quranın yandırılmasını təkəbbürlü bir hadisə kimi qiymətləndirən Mücahid bütün İslam ölkələrinin İsveçlə münasibətlərinə yenidən baxmalı olduqlarını bildirib.
Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanı ələ keçirdikdən sonra İsveç də daxil olmaqla bir çox xarici ölkə Kabildəki nümayəndəliklərini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirib.
Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda 28 iyunda İraq əsilli Salvan Momika Stokholm məscidi qarşısında polisin himayəsi altında Quranı yandırıb.
Sevinc Babayeva